Şərtlər

1.Timex.az şəxsi sifariş və kuryer yüklərinin ölkəmizə daşınmasını həyata keçirən şirkətdir. Şəxsi istifadə limiti çatdırılma haqqı ilə yanaşı, 300$ məbləğindədir.

2.Şəxsi istifadə limitinə aid olan məhsullar kommersiya məqsədli olmamalı və sifariş verən şəxsin istifadəsi üçün nəzərdə tutulmalıdır. Sifariş edən fiziki şəxs istifadə limitini aşdıqda və yaxud məhsulu kommersiya məqsədli olduğu halda gömrük orqanı tərəfindən təyin edilən rüsumu və əlavə dəyər vergisini də ödəməlidir.

Daha ətraflı məlumat üçün:

https://c2b.customs.gov.az/Tnved_public.aspx

3.Müştərinin yükünün gömrük orqanları tərəfindən saxlanılması baş verə bilər.

Bu, zaman daşıyıcı şirkət müştəriyə məlumat verir. Sifarişçi məhsulunu gömrükdən özü götürmək seçimini etdikdə  şirkətə bağlamanın daşımaq haqqını ödəyir və gömrük orqanı tərəfindən verilmiş barkodu alır. Barkod vasitəsilə sifarişçi Hava Nəqliyyatı Baş Gömrük İdarəsinə yaxınlaşır və bağlamasını öz adına qeydiyyatdan keçirir. Daha sonra, Bakı Karqo Terminalında saxlanan bağlamasının xərcini ödəyir və onu təhvil alır.

4.Sifarişçi yükünün gömrük orqanları tərəfindən saxlanıldığı zaman şirkətimizin “Broker” xidmətindən istifadə edə bilər.

Belə ki, müştəri “Broker” xidməti üçün şirkətə əlavə ödəniş edir və şəxsi etibarnaməsini təqdim edir. Bundan sonra daşıyıcı şirkət müştərinin adından bütün rəsimləşdirmə proseslərini başa çatdırır və  onun yerinə gömrük ödənişlərini tam şəkildə ödəyir. Şirkət tərəfindən gömrüyə ödəniş edildikdən sonra məhsulun imtinası qəbul olunmur. Müştəri gömrük rüsumunu və daşıma haqqını şirkətə tam ödədikdən sonra məhsulunu əldə edə bilər.

5.Müştərinin sifariş etdiyi məhsullar daşıyıcı şirkət tərəfindən sığortalanmır.

Bağlama Türkiyədəki anbarımıza gələnə qədər şirkət heç bir məsuliyyət daşımır.

6.Daşınan bağlamada olan məhsul korlanmış olarsa, ölçüsü, rəngi və çeşidi yanlış göndərilərsə, şirkət bu hal üçün qətiyyən məsuliyyəti öz üzərinə götürmür.

Belə hallarda problemi həll etmək üçün sifarişçi öz iradını satıcı firmaya bildirməlidir.

7. Məhsul daşıyıcı şirkətin ofisinə daxil olur və smm, e-mail vasitəsilə müştəriyə bu haqda xəbər verilir. Sifarişçi məhsulu özü yaxınlaşıb ofisdən götürür və yaxud ödənişli kuryer xidmətimiz vasitəsilə ünvanına çatdırılır.

8.Daşıyıcı şirkət məhsulun anbardan təhvil alınması haqqında məlumatı müştəriyə çatdırdığı andan etibarən, bağlama 2 ay müddətinə təhvil alınmazsa, artıq şirkətin mülkiyyəti olur.

9.Əgər sifrariş edilən məhsul sına biləcək əşyadırsa, mütləq təhvil alınan kimi elə daşıyıcı şirkətin ofisində və ya çatdıran əməkdaşın yanında açıb yoxlanılmalıdır.

Müştəri məhsulu açıb yoxlamırsa, gəkəcəkdə baş verəcək problemə görə daşıyıcı şirkət heç bir öhdəlik daşımır

10.Bağlamanın ölçüsü (eni, uzunluğu,hündürlüyü) 1 metrdən artıq olarsa, daşınma haqqı həcmi çəki tarifləri ilə hesablanacaq.

11.Məhsullar təhvil alınarkən ödəniş tam formada bütün bağlamalar üçün ayrı-ayrılıqda edilməlidir.

12.Sifariş edilmiş məhsullar bəzən avia reyslərə və gömrük yoxlanışlarına görə gecikə bilər. Bu, halda daşıyıcı şirkət məsuliyyət daşımır və belə hadisələr məhsuldan imtina üçün əsas göstərilə bilməz.    

13.Müştərilərlə aparılan bütün yazışmalar, telefon zəngləri və sifarişçiyə aid bütün şəxşi məlumatlar Timex şirkəti tərəfindən arxivləşdirilir və konfidensiallığı təmin edilir.

14.Türkiyədəki anbarımızdan əşayaları təhvil alarkən qablaşdırmanın üzərində qırılabilən əşya olduğuna aid etiket varsa, daxildəki məhsulların zədələnib-zədələnməməsi mütləq yoxlanılır. Əgər bağlamanın üzərində etiket yoxdursa, əşyaların zədələnməsinə görə daşıyıcı şirkət məsuliyyət daşımır.

15.Müştəri bağlamasını əldə etmək üçün şirkətin ofisinə yaxınlaşır, kassaya şəxsiyyət vəsiqəsini təqdim edir, daşınma haqqını ödəyir və aldığlı çeklə məhsulunu anbardan təhvil alır.

16.Müştəri sifariş etdiyi məhsulu Türyədəki anbarımıza göndərilməmiş geri qaytarmaq istədiyini bildirə bilər. Bu, xidmət ödənişlidir. Ancaq, məhsul artıq “Anbardadır” statusuna keçirilbsə, geri qaytarılmır.

17.Məhsulun “Anbardadır” statusuna keçməsi anbara daxil olduğu andan etibarən 72 saat ərzində həyata keçirilir.

18.Daşıyıcı şirkətin anbarında tapılmayan bağlamaların axtarışı 7 gün ərzində həyata keçirilir.