Xidmətlərimiz

1.Timex şirkəti satış xidmətləri göstərmir.

Müştərinin bank kartı yoxdursa, ödənişi şirkətimizə edir.

Ödənilən məbləğ biz tərəfdən Türkiyə şirkətinin bank hesabına yatırılır. Sifariş et xidməti üçün əlavə olaraq 5% kommisiya ödənilir. Əlavə kommisiya müştəri ödədiyi məbləğin satıcı mağazanın hesabına yatırılmasına qədər olan bank xərclərini qarşılamaq məqsədiylə istifadə olunur.

2.Sifarişlər ancaq sayt vasitəsilə edilməlidir, qapıda ödəmə xidməti mövcud deyil.

3.Verilən sifarişlər 2 növ olur:

Standart və təcili sifarişlər.

4.Müştərinin sifarişi standartdırsa, məhsulların alınma prosesi növbəli şəkildə baş verir. Sifarişlərin müddəti məhsulların sayından asılı olaraq fərqli olur. 

5.Əgər məhsullar təcili kateqoriyasına aiddirsə, sifarişlər 30 dəqiqə ərzində həyata keçirilir.

6.Daşıyıcı şirkət satıcı firmadan göndərilən məhsulların keyfiyyətinə, tərkibinə, tamlığına, ölçüsünə, formasına, sifarişin satıcı tərəfindən ləğvinə və satış anbarında tükənməsinə görə məsuliyyəti öz üzərinə götürmür.

7.Daşıyıcı şirkət sifariş edilən məhsulun satıcı tərəfindən onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.

8.Daşıyıcı şirkət sifariş verilən məhsulun üzərində heç bir dəyişiklik etmir.

Məsələn: məhsulun ləğvi, rəngində və ölçüsündə dəyişikliyin edilməsi və s...

9.Daşıyıcı şirkət istifadəçinin eyni saytdan sifariş verdiyi məhsulları sayından asılı olmayaraq hamısını birlikdə və bir vaxtda səbətə əlavə edir. Satıcı firmaların bəziləri sifarişləri daşıma şirkətinə fərqli zamanlarda və müxtəlif qablaşdırmada təhvil verirlər.

10.Alıcılar sifariş etməzdən əvvəl satıcı firmalar haqqında istifadə rəylərini oxumalı və gələcəkdə yaşanacaq problemlər haqqında öncədən məlumat almalıdırlar.

11.Sifariş edilən saytda xüsusi kampaniyalar və endirim kuponları nəzərdə tutulubsa, müştəri məhsulun linkini göndərən zaman bu, məlumatları da qeyd bölməsinə yazmalıdır.

Əks halda, endirimlər nəzərə alınmaya bilər.

12.Məhsulu sifarişi etdikdən sonra Türkiyə daxili karqo pulu ödənilməsə, həmin məbləğ müştərinin balansına mənfi olaraq qeyd edilir. Məhsul qapıya çatdırılan zaman ödənilməyən məbləğ sifarişçidən təhvil alınır.

13.Müştərinin sifariş etdiyi məhsul bitibsə, ölçüsü yoxdursa, kampaniya başa çatıbsa, və s... belə kimi vəziyyətlərdə ödənilən məbləğ Türkiyə şirkəti tərəfindən geri verilir.

14.Məhsulun ödənişi hansısa problemə görə geri qaytarıldıqda 5% bank ödənişi geri qaytarılmır.

15.Sifariş edilən məhsul satıcı mağaza tərəfindən ləğv edilərsə, anbara təhvil verilməzsə, karqoya verilmə zamanı uzadılarsa, müştərinin ödədiyi məbləğ eyni valyuta ilə özünə ödənilir. Valyuta və məzənnə fərqi ilə yaranan dəyişikliklərə görə daşıyıcı şirkət məsuliyyət daşımır.

Sifarişlər Türk lirəsiylə edilir və eyni valyuta ilə geri ödənilir. Valyuta və məzənnə ilə bağlı problemləri sifarişçi bankı ilə aydınlaşdırmalıdır.

16.Bəzi satıcı firmalarda məhsulun rənginə və ölçüsünə görə qiymət fərqi yaranır. Belə halda əgər qiymət fərqi böyük deyilsə, şirkət tərəfindən ödənilir və həmin məbləğ müştərinin balansında mənfi olaraq qeyd edilir. Qiymət fərqi daha böyük olarsa, müştəri öncədən xəbərdar edilir.

17.Verilən sifarişlə bağlı problem yaranarsa, dərhal müştəriyə sms və zəng vasitəsiylə bildirilir. Müştəriylə əlaqə yaradıla bilmədiyi halda sifariş ləğv olunur.

18.Toplam ödə funksiyası ilə həyata keçirilmiş sifarişlər birlikdə icra edilir.

Fərqli zamanlarda ödəniş edilmiş məhsullar isə müxtəlif vaxtlarda sifariş edilir.

19.Karta geri qaytarılan ödənişlərin icra müddəti 5-15 gün ərzində baş verir.

Banklara görə bəzi hallarda gecikmələr yaşanır.

20.Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmuş məhsulların daşınmasını həyata keçirilmir.

21.Mobil telefonların və dərman preparatlarının sifarişləri qəbul olunmur, daşınmaları qəti şəkildə icra olunmur.

22.Məhsulun satıcı mağaza tərəfindən vaxtında göndərilməməsi, yaxud təhvil verilməməsi, səhv müştəri kodu və ad-soyadla göndərilməsi halları baş verə bilər.

Bu, hallarda satıcı mağazanın cavabını da nəzərə almaqla, araşdırma 7-30 gün ərzində davam edir.